NATO Estoniyaya Rusiya ilə silahlı münaqişəyə hazırlaşmaq tapşırdı

DÜNYA
20:59 / 18.09.2024
86

Şimali Atlantika Alyansı Estoniya silahlı qüvvələrinə NATO və Rusiya arasında potensial silahlı münaqişəyə hazırlaşmaq tapşırığı verib. 

HİT.az xəbər verir ki, bunu ERR radiostansiyasına müsahibəsində Baltikyanı Respublikasının Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus deyib.

"NATO bizə deyir ki, biz Rusiya ərazisində müəyyən hədəflərə diqqət yetirməliyik", deyə hərbçi qeyd edib.

Estoniyalı general əlavə edib ki, bundan sonra Şimali Atlantika Alyansının qüvvələri Estoniyaya gələ biləcək və bundan sonra növbəti addımları atacaqlar. Karus vurğulayıb ki, bu gün Estoniyanın uzaqmənzilli zərbə silahları NATO planlarında tam nəzərə alınıb.

Karus onu da izah edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Estoniya ordusundan gözləntilər var idi ki, NATO-nun əsas qüvvələri Estoniya ərazisinə köçürülməzdən əvvəl təxminən on gün ərzində ehtimal olunan döyüş əməliyyatlarında dayana biləcək.

Samir
 

0