"ABŞ-ın nüvə silahlarını Avrasiyadan çıxarmaq lazımdır".
HİT.az xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyinə həsr olunmuş konfransda deyib.
"Vəziyyəti həqiqətən sakitləşdirmək və dialoqa şərait yaratmaq üçün Amerikanın nüvə silahlarını Avrasiya ölkələrinin ərazisindən çıxarmaq lazımdır", deyə Lukaşenko bildirib.
O, həmçinin bütün bəşəriyyəti nüvə silahı olmadan məhv etməyə qadir yeni texnologiyalar üzərində nəzarət rejimi yaratmaq üçün yeni hüquqi mexanizmin işlənib hazırlanmasını təklif edib. Lukaşenkonun sözlərinə görə, bu texnologiyalara lazerlər, hipersəs, kvant elektromaqnit sistemləri və digər qabaqcıl inkişaflar daxildir.
Sentyabrın sonunda Belarus Respublikasının Xarici İşlər Naziri Maksim Rıjenkov bildirib ki, Rusiya və Belarus nüvə silahı ilə bağlı müddəanı özündə əks etdirən təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, müqavilə çərçivəsində heç bir dövlətin təcavüzünə cavab olaraq nüvə silahının tətbiqi istisna edilmir.
Samir