ABŞ nüvə silahlarını Hind-Sakit okean regionuna qaytara bilər

DÜNYA
21:55 / 29.11.2024
157

ABŞ nüvə silahlarını Hind-Sakit okean regionuna qaytarmağı düşünür. 

HİT.az "Roskonqres"in hesabatına istinadən xəbər verir ki, onıar Koreya, Avstraliya və Amerikanın Sakit okeandakı hərbi bazalarına yerləşdirilə bilər.

Sənəddə vurğulanır ki, söhbət Amerikanın nüvə qüvvələrinin konfiqurasiyasına yenidən baxılmasından, Asiya kontekstində isə ABŞ-ın nüvə arsenalının Hind-Sakit okean regionuna qaytarılmasından gedə bilər. Bu, Pentaqon tərəfindən bölgədə nüvə potensialının artırılmasının sürətli yolu kimi qiymətləndirilə bilər.

Bildirilir ki, nüvələşmə nüvə silahı daşıya bilən strateji bombardmançıların yerləşdiyi və Sakit Okeanın qərb hissəsində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin "Andersen"in ən böyük aviabazalarından birində nüvə silahının yerləşdirilməsi ilə başlaya bilər. ABŞ hazırda ən azı 39 yeni sursat anbarı tikir.

Hesabatdan belə çıxır ki, nüvə silahlarının Quam adasına qaytarılması ehtimalının sübutlarından biri də sursat anbarlarının ətrafında daimi mühafizənin quraşdırılması olacaq.

Həmçinin qeyd edilir ki, Amerikanın kütləvi qırğın silahları Avstraliyada peyda ola bilər. Ölkə nüvə partlayıcı qurğuların istehsalı, əldə edilməsi və ya yerləşdirilməsini qadağan edən Rarotonqa müqaviləsinin iştirakçısı olsa da, Kanberra nüvə silahı daşıya bilən xarici gəmi və təyyarələri qəbul etmək hüququnu özündə saxlayır.

Samir

0