Britaniyada saxlanılan rus casuslarının hədəfi Avropadakı dissidentlər olub - KİV

17:25 / 29.11.2024
161

Keçən il Böyük Britaniyada saxlanılan Bolqarıstan vətəndaşı olan Rusiya casusları Avropada Moskvaya qarşı çıxan müxaliflərə və jurnalistlərə qarşı casusluq edib.

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.

Qəzetin materialında bildirilir ki, Böyük Britaniyada yaşayan Bolqarıstan vətəndaşları Katrin İvanova, Vanya Qaberova və Tihomir İvanov-İvançev Avropada Rusiyanı maraqlandıran şəxslər və obyektlər üzərində müşahidə aparıblar.

"Daily Mail" yazır ki, casus şəbəkəsinə daha iki şübhəli də daxildir: Böyük Yarmutda yaşayan 46 yaşlı Orlin Russev və 43 yaşlı Biser Djambazov. Onlar artıq casusluqda təqsirli olduqlarını etiraf ediblər. Casus şəbəkəsi Britaniya, Avstriya, İspaniya və Monteneqrodakı jurnalistləri və dissidentləri, həmçinin Ştutqartdakı hava bazası kimi obyekti hədəfə alıb.

Nəşr məhkəmə materiallarına istinadən yazır ki, təqsirləndirilən şəxs Rusiya üçün birbaşa və ya dolayı yolla faydalı məlumatlar əldə etmək üçün agenti şəbəkəsi qurub.

Hesab edilir ki, məqsəd Londonda yaşayan araşdırmaçı jurnalist, “Bellingcat” təşkilatından Xristo QrozevBöyük Britaniyada yaşayan rus dissidenti Roman Dobroxotov və keçmiş Qazaxıstan siyasətçisi Bergey Rıskaliev olub.

Məhkəmə materiallarında deyilir ki, Qrozevin oğurlanaraq Moskvaya çatdırılması ehtimalı müzakirə olunub.

Russev, Cambazov və İvanova hələ 2023-cü ilin fevralında saxlanılıb. Daha sonra onlar Rusiyaya işləməkdə və saxta sənədlər, o cümlədən Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya üçün pasport, şəxsiyyət vəsiqəsi və digər sənədlərə sahib olmaqda ittiham olunublar.

Samir

0