Merkel Ukraynanın sülh danışıqlarına başlaması üçün şərti açıqladı

DÜNYA
19:11 / 29.11.2024
151

"Ukrayna sülh danışıqlarına keçmək üçün əlverişli anı gözləməlidir". 

HİT.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel ZDF telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həllinin həm hərbi, həm də diplomatik yollarını paralel olaraq nəzərdən keçirmək vacibdir. Sonuncuya gəlincə, hələlik onları açmağa ehtiyac yoxdur. Kiyevin yaxşı vəziyyətdə olduğu əlverişli anı gözləmək lazımdır.

"Vaxtı gələndə hamı - Ukrayna və onun tərəfdarları birlikdə məsləhətləşməli olacaq", deyə keçmiş kansler qeyd edib.

O, Almaniyanın hazırkı kansleri Olaf Şoltsun Ukraynaya yardım göstərməyə yönəlmiş siyasətini dəstəkləyib. Eyni zamanda, Merkel Kiyev üçün Rusiyanı məğlub etməyin çətin olacağını etiraf edib. O əlavə edib ki, beynəlxalq ictimaiyyətin Ukrayna üçün yaxşı vəziyyət yaratmaq səylərini alqışlayır.

Bundan əvvəl Merkel “The Times” qəzetinə müsahibəsində Ukraynadakı münaqişənin həlli üçün Kiyev, onun Qərb müttəfiqləri və Rusiya arasında dialoqun zəruriliyini bəyan etmişdi. O qeyd edib ki, Almaniya və Avropa İttifaqının hazırkı hakimiyyət orqanları Ukraynanın müstəqilliyini dəstəkləməyə yönəlmiş düzgün siyasət aparır. Bununla belə, gələcəkdə danışıqlar prosesi tələb olunacaq, onun başlama tarixini hazırkı liderlər müəyyənləşdirməlidir.

Samir
 

0