Politoloq: "Cənubi Kiprin NATO-ya daxil olmaq şansı yoxdur"

DÜNYA
18:30 / 29.11.2024
141

"Cınubi Kiprin NATO-ya daxil olması Rusiyaya nəzərəçarpacaq dərəcədə təsir etməyəcək". 

HİT.az xəbər verir ki, bunu Avro-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti və INION RAS-ın direktor müavini Tatyana Parxalina deyib. 

Ekspert qeyd edib ki, İsveç və Finlandiya kimi ölkələrin üzv olması situasiyada əsaslı dəyişikliklərə səbəb olmayıb və Cınubi Kiprin hərbi bloka inteqrasiyası diqqətdən kənarda qala bilər.

Parxalina həmçinin əmindir ki, Cınubi Kiprin NATO-ya daxil olmaq şansı yoxdur. O, izah edib ki, Türkiyə Şimali Kiprlə bağlı heç bir güzəştə getməyəcək:

"Çünki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ərazinin Türkiyəyə məxsus olduğunu daim vurğulayır və adanın birləşdirilməsi məsələsinə də baxılmır". 

Eyni zamanda, onun sözlərinə görə, alyansın digər üzvləri ərazi mübahisələrini həll etmədən Nikosiyanı qəbul etmək istəməyəcəklər.

O əlavə edib ki, hazırda Şimal və Cənub arasında ciddi hərbi qarşıdurma riski olmasa da, gələcəkdə belə bir təhlükə yarana bilər. Parxalina vurğulayıb ki, Cınubi Kipr o vaxta qədər hərbi bloka daxil olarsa, bu, NATO üçün ciddi problemə çevriləcək.

Noyabrın 25-də Yunanıstanın “Katimerini” qəzeti yazıb ki, Cınubi Kipr NATO-ya daxil olmaq niyyətindədir və alyansla yaxınlaşma məsələsi Cınubi Kiprin prezidenti Nikos Xristodulides ilə ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə əsas mövzuya çevrilib.

Samir

0