Fransız qadın itən pişiyini 11 il sonra tapıb.
Hit.az bu barədə "France Info"ya xəbər verir.
Sen-Deni-le-Bur kommunasının sakini Merilin 2014-cü ildə bir neçə aylıq olarkən evdən qaçan pişiyi Qarfildlə bu yaxınlarda yenidən qovuşub. Bu illər ərzində o, sahiblərinin yaşadığı ərazini tərk etməsə də, 11 il ərzində qonşulardan heç biri ona fikir verməyib.
Pişik qidalandırılıb, lakin heç kim onun çipini yoxlamayıb. İllər keçdikcə Qarfild küçədə yaşamağa öyrəşərək qocalıb və sahibi hələ də buna inana bilmir.
“Bu inanılmazdır. Onun uzun illər evsiz qalmasına əvvəlcə bir az üzüldüm. Ümid edirəm ki, o, çox da bədbəxt olmayıb", deyə Merilin bildirib.
Ailə üonradan Qarfildin yoxa çıxması ilə barışıb və hətta keçən ilin sonunda yeni pişik himayəyə götürüb.
Qarfild hazırda Merilinin evindədir və başqa bir pişiklə eyni mənzildə yaşamağı öyrənir.
Samir