Rusiyanın Su-57 və PAK DA təyyarələri yox olmaq üzrədir

DÜNYA
18:28 / 21.04.2026
49

ABŞ-ın “19FortyFive” jurnalında dərc olunan məqalədə Rusiyanın beşinci nəsil “Su-57” qırıcıları və perspektivli uzaqmənzilli aviasiya kompleksi – “PAK DA” strateji bombardmançısının faktiki olaraq yox olmaq riski ilə üzləşdiyi iddia olunur.

HİT.az xəbər verir ki, məqalə müəllifi Ruben Conson bunu sızdırılmış məxfi sənədlərlə əsaslandırır. 

Həmin sənədlərə görə, Rusiya sənayesi yeni döyüş təyyarələrinin istehsalı üçün vacib komponentlərin kəskin çatışmazlığı və kadr problemi ilə üzləşib.

Consonun fikrincə, mövcud vəziyyəti “bir mismarın yoxluğuna görə krallığın itirilməsi” kimi xarakterizə etmək olar.

Materialda qeyd edilir ki, prototiplərlə seriyalı istehsal mərhələsi arasında ciddi irəliləyişlər baş verməzsə, “Su-57” beşinci nəsil təyyarələr üçün tələb olunan standartlara cavab verə bilməyəcək. “PAK DA” isə hələlik yalnız kağız üzərində mövcud olan layihə kimi qiymətləndirilir.

Samir
 

0