KİV: Aİ ölkələri Ukraynanın ittifaqa inteqrasiyası üçün format tapa bilmir

DÜNYA
15:45 / 23.04.2026
46

Avropa İttifaqı ölkələri Ukraynanın Aİ-yə inteqrasiyası üçün uyğun format müəyyənləşdirə bilmir. 

HİT.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Fransa və bəzi digər ölkələr Ukraynanın tamhüquqlu üzvlüyü əvəzinə alternativ status variantlarını nəzərdən keçirir.

“Bu qərar hələ siyasi baxımdan tam yetişməyib”, deyə o qeyd edib.

Fransa və Almaniya Ukraynaya Aİ-yə qoşulma prosesində keçid statusunun verilməsini dəstəkləyib. “Financial Times” nəşrinin məlumatına əsasən, Berlin “assosiativ üzvlük” modelini təklif edir. Bu model Ukraynaya Aİ liderlərinin görüşlərində iştirak imkanı versə də, qərarvermə prosesinə təsir və Aİ büdcəsinə avtomatik çıxışı nəzərdə tutmur. Paris isə “inteqrasiya olunmuş dövlət statusu” təklif edir ki, bu da Ukraynanın əsas fondlara və kənd təsərrüfatı subsidiyalarına çıxışını məhdudlaşdıracaq.

16 aprel tarixində Polşanın xarici işlər naziri Radislav Sikorski Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qaydada qəbuluna qarşı olduqlarını bildirib. Onun sözlərinə görə, Avropa Komissiyasında Ukraynanın inteqrasiyasının sürətləndirilməsi ilə bağlı fikir mövcud olsa da, bu, yaxın zamanda reallaşmayacaq.

Samir
 

0