"Politico": Ukraynaya yardımın gecikməsi Aİ-yə baha başa gələcək

DÜNYA
12:48 / 13.07.2026
52

Fransada keçiriləcək "istəklilər koalisiyası"nın növbəti iclasında Ukraynaya dəstəyin gücləndirilməsi müzakirə olunacaq. 

HİT.az xəbər verir ki, "Politico" nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Kiyevə hərbi yardımın gecikdirilməsi Qərb ölkələri üçün ciddi nəticələrə səbəb ola bilər.

"Biz Ukraynaya ehtiyacı olan hər şeyi təqdim etməliyik, çünki indi qətiyyətli addımlar atmağın vaxtıdır. İstənilən gecikmə hamımıza baha başa gələcək. Ukrayna yalnız özü üçün mübarizə aparmır", deyə Avropa İttifaqının diplomatlarından biri bildirib.

Nəşrin yazdığına görə, Ukraynaya yardımın təcili xarakter daşıması "istəklilər koalisiyası"nın görüşündə əsas mövzulardan biri olacaq. Politico hesab edir ki, sammit siyasi dəstəyin daha sürətli silah, hava hücumundan müdafiə sistemləri və digər hərbi yardımların çatdırılmasına çevrilməsinə, həmçinin Ukraynaya dəstəyə yeni təkan verilməsinə imkan yaradacaq.

Bundan əvvəl "Euronews" telekanalı xəbər vermişdi ki, iyulun 13-də Fransa Prezidenti Emmanuel Makron "istəklilər koalisiyası"na daxil olan azı 25 ölkənin liderini qəbul edəcək. Məlumata görə, Fransa sammitdə münaqişə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Fransanın Ukraynadakı səfiri Qael Veysyer isə iyulun 11-də keçiriləcək görüşdə "mühüm hadisələrin" baş verəcəyini bildirmişdi.

Samir

0