Almaniyada hərbi xidmətdən imtina ilə bağlı müraciətlərin sayı 12 mini ötüb.
HİT.az xəbər verir ki, bu barədə "Berliner Morgenpost" qəzeti məlumat yayıb.
Nəşrin müəlliflərinin yazdığına görə, hakimiyyət orqanlarına hərbi xidmət keçməkdən imtina etdikləri barədə rəsmi məktub göndərən gənclərin sayı 12 102 nəfərə çatıb. Bu göstərici 2025-ci ilin bütün dövründə qeydə alınan 3 879 müraciətdən üç dəfə çoxdur.
Jurnalistlərin qeyd etdiyi kimi, təkcə cari ilin ilk yarısında hakimiyyət orqanlarına Bundesverdə xidmət etməkdən imtina ilə bağlı 5 862 ərizə daxil olub.
Sentyabrın 20-də "Berliner Morgenpost" yazıb ki, Almaniya Müdafiə Nazirliyi hərbi uçotun bərpası haqqında ilin əvvəlində qüvvəyə minmiş qanuna uyğun olaraq 18 yaşlı almanlar üçün məcburi tibbi müayinə kampaniyasına başlayıb.
Tibbi müayinə Almaniya gənclərinin hərbi xidmətə yararlılığını müəyyən etməlidir. İyul ayından etibarən prosedurdan artıq təxminən 1 000 nəfər keçib. Bununla yanaşı, onların xüsusi formanı doldurarkən Bundesver sıralarına qoşulmaq istəmədiklərini bildirdikləri qeyd olunur.
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun sonunadək qurum gənc almanların hərbi uçota alınması üçün 451 mindən çox anket göndərib.
Samir


