Tramp B-1-lərin Britaniyadakı aviabazadan çıxarılmasının səbəbini açıqladı

DÜNYA
17:46 / 06.10.2026
59

ABŞ Prezidenti Donald Tramp amerikalı strateji B-1 bombardmançılarının Böyük Britaniyadakı Feyrford aviabazasından obyektə qarşı "bəzi təhdidlər" səbəbindən çıxarıldığını bildirib. 

HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Prezident təhdidlərin təfərrüatlarını açıqlamayıb.

Pentaqon oktyabrın 4-də bombardmançıların ABŞ-a qayıtdığını təsdiqləyib. Bu, aviabazada terror aktına cəhdin qarşısının alınmasından sonra baş verib. Daha əvvəl onların çıxarılması qərarının İran tərəfdən gələn təhdidlərlə əlaqəli olduğu bildirilmişdi.

Trampın sözlərinə görə, Vaşinqton təhdidlərin mövcudluğundan əvvəlcədən xəbərdar olub. "Axios" yazır ki, qərar İran tərəfindən mümkün pilotsuz uçuş aparatı hücumu ilə bağlı məlumatların əldə edilməsi ilə əlaqəli ola bilər.

Lakin prezident jurnalistlərin bununla bağlı sualını cavablandırmaqdan yayınıb. O deyib: "Əgər bunu etsəydilər, çox ciddi zərər görərdilər".

Ağ Evə yaxın mənbələrdən biri BBC-yə bildirib ki, təhdid istənilən halda son dərəcə ciddi qəbul edilib.

Samir
 

0