Haftardan gözlənilməz addım - Türkiyəyə qarşı bu ölkədən dəstək istədi

DÜNYA
20:01 / 11.06.2020
1163

Türkiyənin hərbi dəstək verdiyi Liviyanın legitim hökuməti qarşısında aciz duruma düşən qiyamçı general Xəlifə Haftar İsraildən dəstək istəyib.

Teleqraf.com xəbər verir ki, iddiaya görə, Haftar “hökumətinin” rəsmi şəxsi Abudsselam əl-Bədri İsrailin “Makor Rişob” qəzetinə verdiyi açıqlama zamanı Təl-Əvivdən dəstək istəyib.

İsrailin Baş naziri B.Netanyahuya mesaj göndərən Bədri bildirib ki, heç vaxt Tel-Əvivin düşməni olmayıblar və bundan sonra da olmayacaqlar:

“Bizə dəstək olmağınıza ümid edirik. İndiyə qədər şərtlər münasibətlərimizə mane olurdu”.

Qiyamçı generalın nümayəndəsi daha sonra bildirib ki, Fələstin-İsrail məsələsinin həllində iki dövlətli həll problemini dəstəkləyirlər. Bədri əlavə edib ki, İsraillə ortaq çıxarları var, eyni tərəfdə yer alırlar və bunu görməzdən gəlmək səfehlik olardı.

Haftarın adamı eyni zamanda İsrail və yəhudi camaatı ilə tarixi əlaqələrinin olduğuna vurğu edib:

“Türklərin və hərbi baxımdan bizə dəstək verən rusların öz düşüncələrinə görə, bizi idarə etməsi müzakirə mövzusu ola bilməz. Bizim fikrimizcə, neft sənayemizi təsis edən ABŞ şirkətləridir və biz, onların geri qayıtmasını istəyirik”.

İddiaya görə, Bədri İsraili Türkiyəyə qarşı cəbhədə birləşən Yunanıstan, Cənubi Kipr, Misir və Livanın iştirak etdiyi siyasi prosesə daxil olmağa dəvət edib.

0