Türkiyəyə qayıdanlar karantində saxlanılmayacaq

DÜNYA
16:39 / 11.06.2020
1135

Xaricdə yaşayan və tətillərini vətənlərində keçirmək istəyən Türkiyə vətəndaşları üçün 14 günlük evdə karantin rejimi tətbiq olunmayacaq.

HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Xaricdә Yaşayan Türklәr vә Qohum İcmaları İdarәsinin sәdri Abdullah Eren açıqlama verib. “14 günlük evdə nəzarət qaydası ləğv edildi. Məmləkətə yolu düşən vətəndaşların yanında olacağıq”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə sərhədlərin açılmasından sonra ölkəyə gələn hər kəsə qarşı 14 günlük evdə karantin rejiminin tətbiq ediləcəyi açıqlanmışdı.

0