Ermənistanda vəziyyət pisləşir - Paşinyan narahatdır

20:15 / 13.05.2020
1327
"Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər".

Hit.Az “Report”a istinadla xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Hökumət başçısı iqtisadi məhdudiyyətləri tədricən yumşaltmağa başladıqlarından sonra Yerevan küçələrində insan sayının artdığını, onların sosial məsafə qaydasına əməl etmədiklərini diqqətə çatdırıb:

“Belə getsə vəziyyət kəskin pisləşəcək, onda biz istər-istəməz yenidən məhdudiyyətlərə qayıtmalı olacağıq”.

Səhiyyə Nazirliyinin mayın 13-nə olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanlar 3718 nəfər, ölənlər 48 nəfərdir.
0