Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ayasofyada aparılan işlərlə tanış olub.
Ərdoğan bununla bağlı Tvitter hesabında fotolar paylaşıb. Türkiyə prezidentini Daxili işlər naziri Süleyman Soylu, Dəyanət işləri müdiri Əli Erbaş müşayət edib.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy açılş öncəsi Ayasofyada aparılan işlərlə bağlı prezidentə məlumat verib.
Qeyd edək ki, iyulun 24-də 86 ildən sonra Ayasofya ibadətə açılacaq və həmin gün cümə namazı qılınacaq.
Unikal.org