“Holcim” “Gilan İnşaat”ı məhkəməyə verdi

İQTİSADİYYAT
11:03 / 02.09.2020
1004

2006-cı ildə kommersiya və yaşayış obyektlərinin beynəlxalq səviyyədə layihələndirilməsi və inşaat edilməsi ilə məşğul olan “Gilan İnşaat” MMC şirkəti məhkəməyə verilib.

HİT.Az Banker.az-a istinadən xəbər verir ki, məhkəməyə verən ölkənin böyük sement istehsalçısı olan “Holcim Azərbaycan” ASC-dir.

“Holcim Azərbaycan” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə müraciətində “alqı-satqı müqaviləsi” üzrə mübahisələrin baş verdiyi anlaşılır.

Sement istehsalçısı ilə inşaat şirkəti arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə aydınlıq cari ayın 7 də gətirləcəyi gözlənilir. Hazırda iş icraatdadır.

“Gilan İnşaat”, “Gilan Holding” MMC-nin törəmə şirkətidir. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan və digər ölkələrdə inşaat layihələrini reallaşdırır.

0