10 manatlıq şirkət tenderlərdən 6 AYA 9,2 MİLYON MANAT QAZANIB

21:47 / 03.09.2020
1224

"ƏRDAGI" MMC 2020-ci ilin aprel-senytabr aylarında ümumilikdə 9 milyon 218 min 722 manatlıq 7 tender qazanıb.

Hit.Az fed.az-a istinadla xəbər verir ki, MMC-nin qazandığı tenderlər Goranboy, Göygöl, Gəncə və Samux İcra Hakimiyyətinin elan etdiyi küçə təmiri və abadlıq tenderləridir.

Gəncə İcra Hakimiyyəti 2 tender üçün şirkətə 7 milyon 145 min 560 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir:

“Gəncə şəhərində abadlıq-quruculuq işlərinin satın alınması” – 3 milyon 174 min 710 manat; (6 iyun 2020) “Gəncə şəhərində yolların təmiri işlərinin satın alınması” – 3 milyon 970 min 850 manat; (15 aprel 2020)

Goranboy İcra Hakimiyyəti 3 tender üçün şirkətə 830 min 78 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir.

“Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması” – 458 min 925 manat; (1 sentyabr 2020) “Goranboy şəhər küçələrində səkilərin bərpası və işıqlandırma sistemlərinin quraşdırılması” – 217 365 manat; (1 sentyabr 2020) “Goranboy şəhərində abadlıq işləri” – 153 788 manat; (18 iyun 2020)

Göygöl İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.

“Göygöl şəhərinin D.Qorqud, Niyazi və S.Bəhlulzadə küçələrində yolların əsaslı təmiri” – 859 min 425 manat; (23 may 2020)

Samux İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.

Samux şəhəri daxilində yol və küçələrin təmiri” – 383 min 659 manat; (3 sentyabr 2020)

Qeyd edək ki, “ƏRDAGI” MMC 1992-ci ildə, 10,6 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Nazim Məmmədov Fuad oğludur.

0