EKONOMİKS
21:00 / 22.07.2021
167

Oyun televizoru seçmək üçün Samsung-dan 4 məsləhət

Günümüzdə reallığımızın dəyişdiyi zamanda, daha çox istifadəçi, dolğun oyun təcrübəsinə yiyələnmək üçün televizorlar əldə edir. Belə ki, video oyun pərəstişkarlarının 60%-dan çoxu mütəmadi olaraq onlayn və ya dostları ilə oynayır. Sözü gedən bu sənaye durmadan böyüyərkən, onun bütün tələblərini ilk baxışdan müəyyən etmək olduqca çətindir. Lakin, istifadəsi həqiqətən rahat oyun televizoru seçmək üçün, Samsung-un təqdim etdiyi bir neçə tövsiyəni nəzərə almaq gərəkdir. Belə ki, şirkət mühəndisləri öz işinin ustasıdır, nəticədə, 2021 Neo QLED-lər Almaniyanın nüfuzlu elektrik texnikasının sertifikatlaşdırma institutu olan Verband Deutscher Elektrotechniker (VDE) -dən Gaming TV Performance sertifikatı alan ilk televizorlar oldu.
 
1. Minimum gecikmə.
İstənilən oyunda ən vacib amil, rəqibin hərəkətlərinə nə qədər sürətli reaksiya göstərməyinizdir. Lakin, hətta ən sürətli cavabınız belə, cihaz tərəfindən gecikmə ilə icra oluna bilər. Belə ki, konsola daxil etdiyiniz komanda ilə onun ekranda icra olunması arasında müəyyən bir zaman fərqi yarana bilər.  Bu səbəbdən daha aşağı gecikməyə sahib televizor oyunçuları ən dolğun oyun təcrübəsi ilə təmin edir. Beləliklə, 2021 Neo QLED məhsul xəttindən (QN900, QN800, QN90, QN85) dörd model VDE tərəfindən "Aşağı Gecikmə" sertifikatına layiq görülmüşdür. Qeyd edək ki, televizorların hər biri ciddi sınaq prosesi keçmişdir və nəticədə Neo QLED modellərində gecikmənin 10 ms-dən az olduğu təsdiqlənmişdir.
 
2. Müntəzəm və aydın görüntü.
Oyun televizorları aşağı gecikmə dərəcəsindən əlavə, həm də mükəmməl təsvir və axarı animasiyalar ötürməli, dolğun rənglərin ifadə edilməsini təmin etməlidir.
Buna misal olaraq, Samsung televizorlarında quraşdırılmış AMD FreeSync Premium Pro ™ sertifikatlı texnologiyası ekran təsvirinin yayılmasının və donmasının qarşısını alır. Texnologiya maksimum performansla axarı oyunun mükəmməl birləşməsini təmin edir. Əlavə olaraq, Samsung Neo QLED televizorlarının 120Hz yenilənmə sürətinə sahib olduğundan oyun zamanı bütün keçidlər və animasiyalar müntəzəm və fasiləsizdir.
HDR texnologiyası bir çox hallarda oyunçular arasında ən vacib funksiyalardan biri hesab olunur. Bu səbəbdən, Neo QLED-nin 1000 nitdən çox HDR parlaqlığını dəstəkləməsi təəccüblü deyil. FreeSync Premium Pro funksiyası isə, əlavə HDR dəstəyi təmin edərək, yüksək keyfiyyətli səhnə təzadlığı üçün parlaq səhnələri daha parlaq, qaranlıq səhnələri isə daha qaranlıq edir.
 
3. Mükəmməl səs.
Bəs, əla oyun təcrübəsi üçün daha nələr tələb olunur? Əlbəttə ki, mükəmməl səs! İstənilən oyunçu mükəmməl səs və aydın dialoqlara üstünlük verir. Samsung televizorlarının yeni məhsul xəttində istifadə olunmuş əlavə səsgücləndiriciləri ilə siz ekranda baş vedrələrin ab-havasına dalaraq, canlı və həcmli səsdən zövq alacaqsınız. Object Tracking Sound ekrandakı obyektlərin hərəkətlərini izləyən və səs dəyişikliyi ilə hərəkətlərini müşayiət edən bir əhatə səs texnologiyasıdır. Belə ki, ekranda avtomobilin hərəkəti göstərilirsə, obyekt yaxınlaşdıqda və ya geri çəkildikdə səs artaraq, azalır və obyektlə birlikdə hərəkət edir. 
Burada əhatə səs effekti, daha yaxşı baxış təcrübəsi üçün televizor səs ucaldıcılarının və səs saundbarlarının sinxronlaşdırılmasıyla unikal Q-Symphony texnologiyası ilə təmsil olunur.  Yeni intellektual real vaxt rejimində işləyən səs-küy boğucu funksiyası isə heç bir dialoqu qaçırmayacaqsınız.
Həmçinin ətraf səs-küy məzmununa mane olursa, yeni Active Voice Amplification (AVA) sistemi dialoqların səsini artırmağa kömək edərək, danışıqları daha aydın eşitmənizə kömək edəcəkdir .
4. Piksel yanmasının qarşısının alınması
 
Yanma eyni piksellərin ekranda uzun müddət işıqlandığı zaman baş verir. Belə ki, belə davamlı işləmə zamanı piksellər bir müddətdən sonra solur və bu görülə bilir. Buna misal olaraq, bir neçə saat ekrana əks olunan oyunçu məlumatlar panelini (həyat faizi, müvəffəqiyyət, tapşırıqlar üçün tövsiyələr) və ya kanalının loqotipini qeyd etmək olar.
Yeni Neo QLED televizorlarında yanmaların qarşısını alan və ekran parlaqlığını artıran xüsusi işıq diodlarından ibarət texnologiya istifadə olunur. Beləliklə siz  yüksək parlaqlıqdan, dərin qara rənglərdən və əla təsvir keyfiyyətindən zövq ala bilərsiniz.
 
Samsung Neo QLED televizorları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
0