Azərbaycanda ən yüksək əmək haqqı bu sahədədir - 3216 manat 

17:13 / 09.08.2021
2271

2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724,0 manat təşkil edib. 

HiT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub. 

Sənədə görə, bu məbləğ 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz az olub. 

Əmək haqqı neft-qaz sektorunda 3215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olub.

2