Bakıda ay ərzində bu evlər ucuzlaşıb

22:57 / 10.12.2021
1363

Bakı şəhərində kvadratmetrinə görə fərdi yaşayış və bağ evlərinin orta qiyməti açıqlanıb.

HİT.az "Oxu.Az"a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təqdim etdiyi rəqəmlərə əsasən, noyabr ayında paytaxtda fərdi və bağ evlərin kvadratmetrinə görə orta qiyməti 891 manat olub.

Bu, əvvəlki (oktyabr) ayı ilə müqayisədə 2,4 faiz az, 2020-ci ilin noyabr ayı ilə (illik) müqayisədə isə 8,8 faiz çoxdur.

Bakıda lüks evlərin kvadratmetrinə görə qiyməti 1 711 manat olub. Bu evlərin qiyməti aylıq müqayisədə 4,5 faiz azalıb, illik müqayisədə isə 5,3 faiz artıb.

Orta dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti isə 933 manat olub. Onların qiyməti aylıq müqayisədə 5,9 faiz, illik müqayisədə 3,4 faiz azalıb.

Aşağı dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti 485 manat olub. Qiymətlərdə aylıq müqayisədə 6,6 faiz, illik müqayisədə isə 8,7 faiz azalma müşahidə edilib.

0