“Azərbaycan hazırda Avropa ilə eyni dildə danışır və eyni maraqları ifadə edir”.
Bunu Modern.az-a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan nəhəng bərpa olunan enerji mənbələrinə sahibdir. “Ölkəmizin ixrac üçün böyük potensialı var”.
Nazir müavini, həmçinin Zəngəzur dəhlizinin iqitsadi əhəmiyyətindən və Avropanın mövqeyindən söz açıb:
“Bu gün Azərbaycan tərəfi Zəngəzur dəhlizində Avropa İttifaqının marağının olduğunu vurğulamağa çalışır. Zəngəzur dəhlizinin açılması ilə yalnız karbohidrogenlər deyil, eyni zamanda yaşıl enerjinin Avropaya daşınması və Avropanın Azərbaycanda baş verən proseslərdən yararlanması üçün zəmin yaradılacaq. Biz layihələrdə birbaşa Zəngəzur dəhlizini vurğulamasaq da, dolayı yolla proseslər bu region ilə gerçəkləşir. Bununla da deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması Avropanın da marağındadır. Bu zəminin əsas şərtlərindən biri Azərbaycan və Ermənistan arasında qalıcı sülhün təmin olunması və Zəngəzur dəhlizinin açılmasıdır”.