Bakıda daha bir məşhur "zapravka" fantastik məbləğə satışa çıxarıldı - FOTO

İQTİSADİYYAT
11:54 / 30.11.2023
527
Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən YDM paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir.

Zabrat dairəsində yerləşən bu məntəqə 3,5 milyon manata təklif olunur.

Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub.

Obyektin sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda - 20 yanvar metrosundan 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən H-Petrol YDM də satışa çıxarılıb.

0