“Ketpa İnşaat” gömrük qaydalarını pozmaqda ittiham edilir

İQTİSADİYYAT
20:28 / 30.11.2023
223

“Ketpa İnşaat” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə ittiham olunur. 

İşə Səbail Rayon Məhkəməsində baxılacaq.

493-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Anar

0