Ağdərəyə görə büdcə layihəsi dəyişdi, Bakı və Laçınla bağlı xərclər artırıldı

İQTİSADİYYAT
11:36 / 01.12.2023
424

Azərbaycanda yeni rayon yaradılıb və bununla əlaqədar dövlət büdcəsi layihəsində korrektələrə ehtiyac yaranıb.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ilk növbədə yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı dövlət büdcəsi layihəsinin 5-ci maddəsinə həmin rayonun adı əlavə ediləcək: “Meliorasiyaya ayrılan vəsaitin 7,3 milyon manatı azaldılacaq, müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınacaq”.

0