Uşaq Fondunun Binəqədi filialı məhkəmə qarşısında

İQTİSADİYYAT
18:40 / 01.12.2023
274

Azərbaycan Uşaq Fondunun Binəqədi filialı barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Dekabrın 12-də iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Abbas Rzayevin sədrliyi ilə keçiriləcək. 

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Anar

0