Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

11:25 / 03.12.2023
377

Bakı şəhəri Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər tətbiq olunacaq.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

0