Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

İQTİSADİYYAT
19:12 / 03.12.2023
321

Cari ilin martından ötən 8 ayda İrandan tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 20 faiz artıb.

AZƏRTAC İranın Gömrük Xidmətinə istinadla xəbər verir ki, bəhs olunan dövr ərzində İranın sərhədlərindən 10,92 milyon ton tranzit yük daşınıb. Yüklərin 14,5 faizi Astara (İran) – Astara (Azərbaycan) gömrük-keçid məntəqəsindən keçərək mənzil başına çatdırılıb.

İran ilə Azərbaycan tranzit sahəsində əməkdaşlıq edərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir. Bu dəhliz Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Avropanı nəqliyyat baxımından birləşdirir. Şərqi Asiyada yükaşırımına görə ən böyük hesab edilən Mumbai linamından yüklər İranın Çabahar və Bəndər Abbas limanlarına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. İran ilə Azərbaycan bu layihədə tranzit ölkələr kimi çıxış edir.

Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəi istisamara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Tikinti başa çatadıqdan sonra İran və Azərbaycan üzərindən tranzit yükdaşımaların həcmində böyük artım müşahidə ediləcək.

0