Saxta iş elanları - Onlara qarşı hansı addımlar atmalıdır?

İQTİSADİYYAT
20:36 / 08.01.2024
262

Sosial şəbəkələrdə iş elanı verərək, işləmək istəyənləri cəlb edərək, ancaq fırıldaqçılıqla məşğul olurlar. Tora düşən qurbana iş tapdıqlarını deyib, müəyyən məbləğdə vəsaitlərini alırlar, sonra isə hər hansı bir ünvan verib ora göndərirlər. Qurban həmin ünvana çatanda aldadıldığını anlayır.

Bəs belə məqamda hüquqları pozulmuş vətəndaş hansı addımlar atmalıdır?

Hüquqşünas, Əkrəm Həsənov Hit.-az-a bildirib ki, elə bir zəmanədə yaşayırıq ki, dələduzlar həddən artıq çoxalıb:

"Əhalinin çox hissəsi  işsizdir. Ona görə də yaxşı maaşlı iş axtarırlar. Bu vəziyyətdən istifadə edənlər çoxdur. Fərqi yoxdur, kiməsə pul ödəyirsənsə, rəsmi müqavilə bağlanılmalıdır. Bu zaman isə mütləq şəxsiyyət vəsiqəsi yoxlanılmalıdır. Xüsusən də iş yeri ilə bağlı araşdırma aparmaq lazımdır. Əlbəttə ki, həmin şəxsləri polisə şikayət edərək axtarışa vermək olar. Amma bu uzun bir prossesdir. Zənn edirəm ki, polis 20 manata görə heç kəsi axtaran deyil. Buna görə də vətəndaşlar diqqətli olmalıdır. Çox təəssüflər olsun ki, bizim millətdə belə bir psixologiya qalıb ki, ucuz nəyisə etmək olar. Bəziləri onlayn oyunları pul qoyur və pul qazanmağa çalışırlar. Ancaq nəticədə pulları batır. Azərbaycanda ən ucuz pul qazanmağın yolu gizli korrupsiyadır. Həbs edilmədiyiniz təqdirdə bu vasitə ilə yaxşı pul qazanmaq mümkündür".

Sevinc

0