Ətin qiyməti ucuzlaşa bilər?

İQTİSADİYYAT
20:53 / 22.05.2024
414

Bölgələrdə 1 bağlama otun qiyməti 2 dəfəyə yaxın ucuzlaşıb. 

Məlumat üçün bildirək ki, ötən ilin may ayında quru yonca otunun bağlamalarını minimum 7 manat 50 qəpiyə almaq mümükün idi. Hazırda bu qiymətlər 2.50-3 manat arasında dəyişir. 

Maraqlıdır, bu hal ətin qiymətinə təsir edə bilərmi?

Aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a açıqlamasında qeyd edib ki, hazırda otun qiymət aşağı düşüb. Otun satış qiymətinin aşağı düşməsinə səbəb fermerlərin zərərvericilərə qarşı mübarizə aparmasıdır:

 "Həmçinin, bu il qış fəsli şaxtalı, qarlı keçdiyi üçün zərərvericilərin bir qismi məhv oldu. Qiymətin aşağı düşməsinin səbəblərindən biri də yağış zamanı yoncanın keyfiyyətinin itməsi oldu. Bu il ot boldu. Ona görə də qiymətlər aşağı düşüb". 

O bildirib ki, otun satış qiymətinin aşağı düşməsi ətin qiymətinə təsir etməyəcək. Çünki yoncanın qiymətinin aşağı olması müvəqqətidir. Növbəti mərhələ qiymət əvvəlki ki səviyyədə olacaq.

Sevinc

0