Avtobuslar sutkanın hansı saatlarında işləməlidir? - AÇIQLAMA

İQTİSADİYYAT
23:53 / 12.10.2024
218

Metronun konkret iş saatı olsa da, avtobuslar üçün eyni sözü demək mümkün deyil. Avtobusların konkret fəaliyyət göstərdiyi saat aralığının olmaması ictimai nəqliyyatdan istifadə edən insanlarda çaşqınlıq yaradır. Bununla yanaşı, gec saatlarda bu nəqliyyat vasitəsindən istifadənin mümkünsüzlüyü istər şəhər mərkəzlərində, istərsə də qəsəbədaxili marşrutlarda müəyyən problemlər yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a verilən məlumata görə, avtobusların işi hərəkət intervalına uyğun olaraq tənzimlənir.

Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir.

Onu da qeyd edək ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət edə bilərlər.

0