"Met-Ak" cərimələndi - SƏBƏB

İQTİSADİYYAT
17:40 / 07.01.2025
133

Mərkəzi Bank "Met-Ak" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə protokolu yazıb

Hit.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.
 
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Samir


 

0