Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində və digər yaşayış məntəqələrində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi "M-House Construction" MMC seçilib.
Artıq tərəfrlər arasında satınalma müqaviləsiz bağlanıb.
Müqavilənin maliyyə dəyəri 416 507,39 manat təşkil edir.
"M-House Construction” MMC-yə gəlincə, şirkət 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşən şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Əhliman Yusifovdan əvvəl şirkətin qanuni təmsilçisi Abbasov Kənan Mərkəz oğlu olub. Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
"M-House Construction” MMC barəsində də hər hansı məlumat yoxdur.
Maraqlıdır ki, bu sirli şirkət dövlət satınalmalarında fəal iştirak edir. MMC təkcə ötən il 13 tenderin qalibi olub.
Bu tenderlər abadlıq və təmir işləri olub. "M-House Construction" şirkətinin sifarişçiləri əsasən yerli icra hakimiyyətləri olur.
Abbas