"Qarabağ Aqrar Sənaye Kompleksi" şirkəti məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir.
Agentliyin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Fevralın 25-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti lizinq müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Abbas