Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb?

İQTİSADİYYAT
22:36 / 12.03.2025
43

"Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması gözlənilən idi. Məlum Rusiya Ukrayna müharibəsi, müəyyən məhdudiyyətlərin tətbiqi gəlir artımında təsir edir. Bu hal da ölkəmiz üçün yaxşı hal deyil". 

Bu sözləri Hit.az-a iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Azərbaycana ən çox pul Rusiyadan daxil olur. Hazırkı şəraitdə pul axınının azalması yaxşı hal deyil:

 "Hesab edirəm ki, məlum müharibə bitəndən sonra vəziyyət dəyişəcək. Danılmaz faktdır ki, bu gün ən çox pul ölkəmizə məhz Rusiyadan gəlir.  Çünki , ölkə vətəndaşlarının müəyyən bir qismi orda yaşayır və Azərbaycanda yaşayan oz qohumlarına pul göndərir".

Sevinc

0