Çoxmənzilli binalarda komendant pulu yığılmalıdır?

İQTİSADİYYAT
20:17 / 23.04.2025
57

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı çoxlu sayda problemlər yaşanır.

Həmin problemlərdən biri də aylıq “komendant” pulunun verilməsidir.

Maraqlıdır, binalardan komendant pulu yığmaq qanunidir?

Hüquqşunas Əkrəm Həsənov Hit.az-a bildirib ki, mülkiyyətçilərin hər biri mənzil mülkiyyəti haqqında qanuna əsasən, binanın saxlanılması və təmirinin xərclərini öz sahələrinə uyğun olaraq ödəməlidir:

“Qanunvericiliyə əsasən, tikinti şirkəti binanı tikib mənzilləri təhvil verdikdən sonra idarəetmədən tamamilə çıxmalıdır. Təəssüf ki, bəzi tikinti şirkətləri idarəetməni davam etdirir, bu isə qanuna ziddir. Ümumi yığıncaq olmayan binalarda komendant pulu alınması qanunsuzdur. Ümumi yığıncaq keçirilən binalarda isə mülkiyyətçilər binanın idarə edilməsi ilə bağlı bir neçə şəkildə qərar verə bilərlər. Komendant pulu yığılması yalnız ümumi yığıncaqda qəbul edilən qərarlara uyğun olaraq və mülkiyyətçilər arasında razılaşdırılmış şəkildə həyata keçirilə bilər”.

Sevinc

0