"Baku Travel & Tourism"in 15 yaşı oldu

İQTİSADİYYAT
17:17 / 21.04.2026
58

​Azərbaycan turizm bazarının aparıcı şirkətlərindən biri olan Baku Travel & Tourism, fəaliyyətə başlamasının 15 yaşı olur. Ötən illər ərzində şirkət yerli və beynəlxalq turizm sahəsində etibarlı tərəfdaş və keyfiyyətli xidmət simvoluna çevrilməyi bacarıb.

​15 il əvvəl təməli qoyulan Baku Travel & Tourism bu gün minlərlə insanın səyahət xəyallarını gerçəkləşdirən, Azərbaycanın turizm potensialını dünyaya tanıdan, nüfuzlu bir quruma çevrilib. Şirkətin bu günə qədər əldə etdiyi uğurların arxasında isə, peşəkar və gülərüz kollektivin gərgin əməyi dayanır. Hər bir müştərinin ehtiyacına fərdi yanaşan və hər zaman yüksək xidmət səviyyəsini qoruyan komanda, şirkətin uğur düsturunun ən mühüm parçasıdır.

​Şirkətin rəhbəri və turizm mütəxəssisi Əziz Şiriyev yubiley münasibətilə çıxış edərək bildirib:

​"15 il əvvəl biz kiçik bir heyətlə yola çıxanda qarşımıza tək bir məqsəd qoymuşduq: insanların səyahət təcrübəsini unudulmaz etmək. Bu gün geriyə dönüb baxanda görürük ki, biz sadəcə bilet və otel sifarişləri ilə məşğul olmamışıq, biz insanların xatirələrini formalaşdırmışıq. Bu uğurda əməyi olan hər bir əməkdaşımıza, bizə etibar edən müştərilərimizə və ən əsası, bizi tək qoymayan dəyərli partnyor və tərəfdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Bizim ən böyük gücümüz – peşəkar kollektivimizin gülərüzlülüyü və partnyorlarımızın sarsılmaz etibarıdır."

Baku Travel & Tourism15 il ərzində həm yerli, həm də xarici partnyorları ilə strateji əməkdaşlıqlar quraraq, turizm infrastrukturunun inkişafına və ölkəmizə gələn turist axınının artmasına mühüm töhfələr verib. Şirkət, gələcək illərdə də innovativ həllər və rəqəmsal turizm alətləri ilə xidmət keyfiyyətini daha da təkmilləşdirməyi, yeni istiqamətlər üzrə əməkdaşlıqlarını genişləndirməyi hədəfləyir.

​Yubiley tədbiri çərçivəsində şirkət, bu illər ərzində dəstəyini əsirgəməyən tərəfdaşlarını və korporativ müştərilərini bir araya gətirərək, gələcək layihələr və birgə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.

Baku Travel & Tourism növbəti illərdə də yüksək peşəkarlıq və səmimiyyət prinsiplərinə sadiq qalaraq, turizm sahəsində yeniliklərin mərkəzi olmağa davam edəcək.

0