Çörəyin qiyməti qalxacaq? - AÇIQLANDI

İQTİSADİYYAT
10:41 / 23.04.2026
117

2026-cı ilin fevral ayının sonlarına doğru beynəlxalq buğda bazarında qiymət dalğalanmaları güclənməyə başlayıb. 

Qlobal ticarət mərkəzlərində aparılan əməliyyatlar göstərir ki, buğda üzrə fyuçers müqavilələrinin dəyəri qısa müddətdə nəzərəçarpacaq dərəcədə artıb və son ayların pik səviyyəsinə çatıb. Belə tendensiya adətən ərzaq sektorunda zəncirvari təsir yaradır. Bu vəziyyətin ölkəmizdə çörəyin qiymətinə təsir edəcəyi iddia olunur.

Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda mövcud buğda ehtiyatları ölkənin uzun müddət ərzaq təminatını qorumağa imkan verir və bu sahədə kəskin çatışmazlıq ehtimalı real görünmür: 

397326

“Region baxımından əlverişli mövqedə yerləşən ölkə müxtəlif istiqamətlərdən buğda tədarükünü davam etdirmək imkanına malikdir. Daxili bazarın təminatında idxal əsas rol oynasa da, yerli istehsalın genişləndirilməsi istiqamətində potensial kifayət qədər yüksək qiymətləndirilir. Gələcəkdə bu sahəyə yönələn investisiyalar hesabına ölkədaxili istehsalın payını əhəmiyyətli dərəcədə artırmaq mümkündür”.

Ekspert qeyd edib ki, dünya bazarlarında baş verən dalğalanmalar daxili qiymətlərə də təsir göstərə bilər:

“Xüsusilə un və çörək məhsullarında müəyyən bahalaşma ehtimalı mövcuddur. Ancaq qiymət dəyişiklikləri ərzaq təhlükəsizliyi baxımından ciddi risk yaratmır və ölkədə çörək qıtlığı gözlənilmir”.

Günel Cəlilova

0