Azərbaycan donuz ətini İspaniyadan 29,8, Rusiyadan 4,3 manata alıb – SİYAHI

İQTİSADİYYAT
18:00 / 24.05.2026
48

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 801,3 ton dondurulmuş donuz əti idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gətirilən dondurulmuş donuz ətinin bir kiloqramının orta gömrük dəyəri 2,6 dollar (4,5 manat) olub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuz ətinin idxalı 334,8 ton və ya 72% artıb.

Onu da bildirək ki, bu il donuz ətinin 388,4 tonu Rusiyadan, 343,6 tonu Braziliyadan, 49,15 tonu İspaniyadan, 20 tonu Ukraynadan, 0,11 tonu isə Belarusdan gətirilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 3 ayında donuz əti əsasən Rusiyadan, çox az miqdarda isə Almaniya və Belarusdan idxal edilib.

Bu ilin ilk 3 ayında idxal olunan donuz ətinin bir kiloqramının ölkələr üzrə orta gömrük dəyəri aşağıdakı kimi olub:

İspaniya – 29,8 manat

Belarus – 8,3 manat

Ukrayna – 5,8 manat

Braziliya – 4,8 manat

Rusiya – 4,3 manat

 

0