"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) Bakı şəhərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmiri və bərpası ilə bağlı satınalma həyata keçirib.
Hit.az xəbər verir ki, satınalmanın qalibi "Madina Group MM" MMC seçilib. Müqavilənin məbləği 419 min 531 manat 18 qəpik təşkil edir.
Müqaviləyə əsasən, Bakı şəhərinin küçə və prospektlərində yerləşən avtobus dayanacaqlarının təmiri, bərpası, eləcə də yararsız vəziyyətə düşmüş dayanacaqların sökülərək ərazidən kənarlaşdırılması işləri həyata keçiriləcək.
Abbas


