Agentlik təhlükəli tullantıların daşınmasına nə qədər xərcləyəcək?

İQTİSADİYYAT
21:35 / 16.07.2026
43

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün kimyəvi və biotəhlükəli tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması məqsədilə satınalma müsabiqəsi keçirib.

Hit.az xəbər verir ki, müsabiqənin qalibi "AZUTIL SERVIS GROUP" MMC olub.

Bağlanacaq müqavilənin maliyyə dəyəri 23 893,2 manat təşkil edir.

Abbas
 

0