Vergi borclarına görə şirkət rəhbərinə “stop” qoyuldu

İQTİSADİYYAT
19:38 / 16.07.2026
45

Vergi borclarını ödəmədiyi üçün bir neçə şirkətin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Hit.az məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müraciətinə baxaraq ərizəni təmin edib.

Qərara əsasən, 1994-cü il təvəllüdlü şirkət rəhbərinin ölkədən çıxışına onun rəhbərlik etdiyi hüquqi şəxslərin dövlət büdcəsi və dövlət fondları qarşısındakı borclar tam ödənilənədək qadağa qoyulub.

İş materiallarına görə, rəhbərin icra orqanı olduğu "Sinor Gollip" MMC-nin dövlət büdcəsinə 560,37 manat, "Filloza Gm Solution" MMC-nin 878,82 manat, "Melis Support" MMC-nin isə 1 561,29 manat vergi borcu yaranıb.

Bundan başqa, onun rəhbərlik etdiyi digər iki MMC-nin dövlət büdcəsinə müvafiq olaraq 1 764,57 manat və 66,68 manat vergi borcu mövcuddur. Sonuncu şirkətin eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna 221,60 manat, İcbari Tibbi Sığorta Fonduna 35,42 manat, İşsizlikdən Sığorta Fonduna isə 8,86 manat borcu olduğu müəyyən edilib.

Məhkəmə hesab edib ki, qeyd olunan borclar ödənilənədək həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar mövcuddur və Dövlət Vergi Xidmətinin müraciətini təmin edib.

Abbas
 

0