Nazirlər Kabinetinin balansındakı iki avtomobil hərraca çıxarılır

İQTİSADİYYAT
18:59 / 16.07.2026
57

Nazirlər Kabinetinin İşlər İdarəsinin balansında olan iki minik avtomobili hərraca çıxarılacaq.

Hit.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri “Volkswagen Passat” markalı avtomobillərdir. Onlardan biri 2013-cü il istehsalı olmaqla 7 500 manat, digəri isə 2011-ci il istehsalı olmaqla 6 300 manat ilkin qiymətlə satışa təqdim ediləcək.

Hərrac 8 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Abbas
 

0