Maliyyə Nazirliyinin balansında olan 6 minik avtomobili hərrac yolu ilə satılıb.
Hit.az xəbər verir ki, hərracda satışa çıxarılan nəqliyyat vasitələri arasında Nissan Teana, Hyundai Sonata, Honda Accord, Chevrolet Niva 2123 və Mitsubishi Lancer markalı avtomobillər yer alıb.
Məlumata görə, avtomobillər müxtəlif illərdə istehsal olunub. Satış nəticəsində nəqliyyat vasitələrinin yekun qiymətləri 5 000 manatdan 9 500 manatadək təşkil edib.
“Nissan Teana” 8 600 manata, “Hyundai Sonata” 6 200 manata, “Honda Accord” markalı iki avtomobil müvafiq olaraq 8 500 manat və 9 500 manata, “Chevrolet Niva” 2123 6 800 manata, “Mitsubishi Lancer” isə 7 575 manata satılıb.
Hərrac 14 iyul 2026-cı il tarixində keçirilib.
Abbas


