Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlandı

İQTİSADİYYAT
12:46 / 17.07.2026
74

Bu ilin birinci yarısında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 73 min ton (552 min barel) olub.

Energetika Nazirliyindən HİT.az-a verilən məlumata görə, hesabat dövründə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barel), kondensat hasilatı 12 min ton (103 min barel) təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın xam neft hasilatı kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan birinci rübündə "OPEC+" çərçivəsində kvotasından 102 min barel və 13 259 ton geri qalıb.

0