Səhiyyənin Təminat Mərkəzi 11,6 milyon manatlıq vaksin alır

İQTİSADİYYAT
21:35 / 30.07.2026
35

“Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsin uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası üçün elan etdiyi satınalma müsabiqəsinin nəticələri açıqlanıb.

Hit.az xəbər verir ki, 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair “Pnevmokok” (PCV13) vaksinin satın alınması üzrə qalib şirkət “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalmanın ümumi məbləği 11 milyon 628 min 900 manat təşkil edir.

Abbas 

0