"Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi (PHŞ) əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara rayonunda mənzillərin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tender üzrə ehtimal olunan qiymət 3 milyon 825 min manatdır.
Satınalma sənədlərinə əsasən, 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı olmaqla, ümumilikdə 74 mənzilin alınması nəzərdə tutulur.


