Dənizkənarı Bulvar İdarəsi FHN-ə 1,7 milyon manat ödəyəcək

İQTİSADİYYAT
21:17 / 01.09.2026
41

Dənizkənarı Bulvar İdarəsi Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti ilə müqavilə bağlayıb.

Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.

Belə ki, müqavilədə Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsində su səthinin neft ləkələrindən və neft əsaslı digər üzvi tullantılardan mütəmadi olaraq təmizlənməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Bağlanmış müqavilənin maliyyə dəyəri 1 milyon 770 min manat müəyyənləşib.

0