Dövlət Məşğulluq Agentliyi Əmirov İlqar Fikrət oğlundan ofis icarəyə götürüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, Agentlik Dağlıq Şirvan RMF-nin ofis sahəsinin bir illik icarəsi üçün Əmirov İlqar Fikrət oğluna 42 min manat ödəyəcək.
Qeyd edək ki, Dağlıq Şirvan RMF-nin ofisi Şamaxı şəhərində yerləşir.
Onu da bildirək ki, Məşğulluq Agentliyi ilə Əmirov İlqar Fikrət oğlu arasında imzalanan müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.


