Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil - Nazir danışdı

İQTİSADİYYAT
15:20 / 02.06.2020
1402

"Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib".

HİT.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, "Bakı Metropoliteni", “Azəristiliktəchizat”, "Azərbaycan Hava Yolları", Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt"a maliyyə vəsaiti ayrılıb:

“Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil”.

Nazirin sözlərinə görə, "Bakı Metropoliteni" QSC-yə gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilib.

Samir Şərifov qeyd edib ki, “Azəristiliktəchizat” ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır:

“Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.

1